вторник, 8 апреля 2014 г.
Dostlar səfərdə
Məlikməmməd, Cırtdan və Kəloğlan bir yerdə səfərə çıxmağa qərara aldılar. Meşələrdə, dağlarda gəzmək, görmədikləri yerləri görmək istəyirdilər. Onlar yığışdılar və yola düşdülər. Getdilər, getdilər qarşılarına bir çay çıxdı. Çayın üstündən dar bir körpü keçirdi.Üçü də birdən bu körpüdən keçə bilməzdilər. Bir-bir keçmək lazım idi. Kəloğlan Məlikməmmədə dedi:
-Sən birinci keç. Yol böyüyündür.
Düzdür qoy birinci Məlikməmməd keçsin-deyə Cırtdan razılaşdı.
Məlikməmməd ayağını körpüyə qoydu. Bir-iki addım getmişdi ki, körpünün çürümüş taxtaları sındı. Məlikməmməd suya düşdü.Ay aman fəlakət-deyə Cırtdan qışqırdı. Kəloğlan suya atıl. Məlikməmmədi xilas et.
Mən atılardım -deyə Kəloğlan donquldandı. Amma su soyuqdur. Qorxuram xəstələnəm. Bəlkə sən atılasan?
-Yox mən də qorxuram.
Bu zaman körpünün altından Məlikməmmədin səsi gəldi:
-Sağ olun, özüm bir təhər çıxaram.
Məlikməmməd sahilə çıxdı. Cırtdan və Kəloğlan sevindilər. Nə yaxşı oldu. Gəlin yolumuza davam edək.
Məlikməmməd onlara baxıb dedi:-Yox mən getmirəm. Sizinlə yoldaş olan yolda qalar.
Nağıl qəhrəmanları
Artıq bildiyimiz kimi Azərbaycanın çox maraqlı nağıl qəhrəmanları vardır. Bu nağıl qəhrəmanları bizi bir növ həyatla əlaqələndirir.Artıq bu qəhrəmanlar haqqında bizim məlumatımız vardır.Biz istədik ki,bu məşhur nağıl qəhrəmanlarını digər obrazlarda görək və yoldaşlarımızla yeni nağıl quraq.Buna görədə məşhur nağıl qəhrəmanlarlarından ibarət nagıl qurduq.
Подписаться на:
Сообщения (Atom)

.jpg)
.jpg)