вторник, 8 апреля 2014 г.

   Biri vardı, biri yoxdu. İki dost var idi. Göyçək Fatma və Tıq-tıq xanım. Onlar öz aralarında dostluq edirdilər. Bir dəfə onlar yol ilə gedirdilər. Hər birinin zənbilində də bir çörək vardı. Yolda acdılar və
Tıq-tıq xanım Fatmaya dedi:
-Gəl birinci sənin çörəyini yeyək. Bir də acanda mənim çörəyimi yeyərik. Bu minvalla o Göyçək Fatmanı aldatdı və onun çörəyi yeyilmiş oldu. Bir xeyli vaxt keçəndən sonra Göyçək Fatma acdı və Tıq-tıq xanıma dedi:

- Gəl indi sənin çörəyini yeyək.   Bağışla əzizim bacarmaram.

-Əgər biz indi mənim çörəyimi yesək,onda ,sonra mən acından ölərəm ki,-deyə o cavab verdi. Öz yoldaşının bu hərəkətindən inciyən Göyçək Fatma ondan ayrıldı və başqa yolla öz yoluna davam etdi.

Buradan belə bir nəticə çıxarmaq olar ki, dost dar gündə tapılar.

Bu bizim nağılımızdır. Sizin maraqlı nağılınız varsa bizə göndərin.


Комментариев нет:

Отправить комментарий