вторник, 8 апреля 2014 г.

Dostlar səfərdə


Məlikməmməd, Cırtdan və Kəloğlan bir yerdə səfərə çıxmağa qərara aldılar. Meşələrdə, dağlarda gəzmək, görmədikləri yerləri görmək istəyirdilər. Onlar yığışdılar və yola düşdülər. Getdilər, getdilər qarşılarına bir çay çıxdı. Çayın üstündən dar bir körpü keçirdi.Üçü də birdən bu körpüdən keçə bilməzdilər. Bir-bir keçmək lazım idi. Kəloğlan  Məlikməmmədə dedi: 
  -Sən birinci keç. Yol böyüyündür.
    Düzdür qoy birinci Məlikməmməd keçsin-deyə Cırtdan razılaşdı.
Məlikməmməd ayağını körpüyə qoydu. Bir-iki addım getmişdi ki, körpünün çürümüş taxtaları sındı. Məlikməmməd suya düşdü.
 Ay aman fəlakət-deyə Cırtdan qışqırdı. Kəloğlan suya atıl. Məlikməmmədi xilas et.
Mən atılardım -deyə Kəloğlan donquldandı. Amma su soyuqdur. Qorxuram xəstələnəm. Bəlkə sən atılasan?
-Yox mən də qorxuram.
Bu zaman körpünün altından Məlikməmmədin səsi gəldi:
-Sağ olun, özüm bir təhər çıxaram.
Məlikməmməd sahilə çıxdı. Cırtdan və Kəloğlan sevindilər. Nə yaxşı oldu. Gəlin yolumuza davam edək.
Məlikməmməd onlara baxıb dedi:
-Yox mən getmirəm. Sizinlə yoldaş olan yolda qalar.
       



           






                 


Комментариев нет:

Отправить комментарий